Misir tarixi — Nil çayının münbit sahilləri, deltası və Misirin yerli əhalisinin nailiyyətləri ilə uzun və zəngin olmuşdur. Misir heroqlifləri Rosetta Daşının kəşfi və köməyi ilə deşifrə edilənə qədər Misirin qədim tarixinin çox hissəsi sirr olaraq qaldı. Qədim dünyanın yeddi möcüzəsindən biri olan Xeops piramidası bu coğrafiyada yerləşir. Misirdə insanların mövcudluğu Paleolit dövrünə təsadüf edir. Paleolit dövründə yaşayan xalq ovçuluq və yığıcılıqla məşğul olurdu. Köçəri həyat tərzi uzun müddət davam etdi. Misirdə Neolit dövrü eramızdan əvvəl 5000–3800-cü illəri əhatə edir. Neolit dövründə əkinçilik, toxuculuq, dulusçuluq kimi bir çox sahələr inkişaf etmişdir.